RSS

XƏBƏRLƏR

İSA QƏMBƏR MERƏ MƏKTUB GÖNDƏRDİ

Müsavat başqanı qarşıdurma tərəfdarı olmadıqlarını bir daha ortaya qoyub

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi məktub göndərib. Məktubda İsa Qəmbər mitinqlərə məqbul yer ayrılması məsələsində razılığa gəlinməsi üçün H.Abutalıbovdan İctimai Palatanın Koordinasiya Şurasının nümayəndələri ilə danışıqlar aparılmasını istəyir.

“Diqqətinizə çatdırır ki, 7 aprel 2011-ci il tarixdə Sizə müraciət edərək Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsi üçün müvafiq yerlərin ayrılması məsələsini müzakirə məqsədilə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Aqil Səmədbəyli və Mehriban Vəzirlə səlahiyyət verdiyiniz şəxslərin görüşməsini təklif etmişdik. Belə ki, mitinq barədə müraciət etməzdən əvvəl hər hansı anlaşılmazlığın olmaması üçün razılıq verilməsi güman olunan ünvanın dəqiqləşdirilməsini məqsədəuyğun saymışdıq. Təəssüf ki, bu müraciətimizə cavab verilmədi və hesab edirik ki, aksiya keçirilərkən arzu olunmayan gərginlik yaşandı, yüzlərlə insan saxlandı, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məsələsi dünya mediası və beynəlxalq təşkilatların gündəminə gəldi, bəyanatlar verildi.
Bir daha Sizə müraciət edərək təklifimizi təkrarlayırıq və xahiş edirik ki, yuxarıda göstərilən məqsədlə ayrılmış nümayəndələrimiz Mehriban Vəzir və Aqil Səmədbəylini qəbul edəsiniz qarşılıqlı məqbul razılığın əldə olunması məsələsini həll edəsiniz”.
İsa Qəmbər məktubda məlumat üçün bildirir ki, İctimai Palata 29 aprel sessiyasında mitinq keçirilməsi məsələsini müzakirə edəcək və müvafiq xəbərdarlıq müraciətini Bakı Şəhər İcra Hakimiyyətinə göndərəcək: “Odur ki, məqsədəuyğun saysanız həmin müddətə qədər bu məsələnin həll edilməsi üçün sərəncam verməyinizi xahiş edirik”.
İsa Qəmbər 7 aprel tarixli sözügedən məktubun surətini də məktubuna əlavə edib.  

İSVEÇLİ JURNALİSTLƏR YAP İQTİDARINI BİABIR ELƏDİLƏR

Isveçin SVT kanali Azərbaycandan deportasiya edilən jurnalistlərlə geniş müsahibə yayıb

İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiya zamanı polis tərəfindən saxlanılan, daha sonra ölkədən deportasiya edilən isveçli jurnalistlər başlarına gələnlər barədə öz vətənlərində danışıblar. İsveçin SVT telekanalı saxlanılan jurnalistlərdən ikisi – May Roderstrit və Şarlotta Uikstromu canlı yayıma dəvət edib.

Mitinqlərdəki həbslər və işgəncələr icitmai müzakirəyə çıxarıldı

 İctimai Palatanın 2 aprel və 17 apreldə təşkil edtiyi mitinqlərdə tutulanların    hüquqlarını müdafiə edən komitə 23 aprel saat 12-də Müsavat Partiyasının   “Sərbəst toplaşma azadlığı, ifadə azadlığı, həbslər, İşgəncələr…rəylər”  mövzusunda dəyirmi masası başlayıb.

Müdafiə komitəsinin sədri Vidadi Mirkamal bildirdi ki, qurumun əsas vəzifəsi 2 apreldə tutulanların və işgəncə alanların hüquqlarını müdaifə etmək olub. Ancaq tutulanların sayı artıb və komitənin fəaliyyəti genişlənib: “Fəaliyyətə başlayərkən hakimiyyət orqanlarına müraciət etdik. Biz onlara izah etdik ki, bu həbslər siyasi xarakterlidir və əsassızdır”. O həmçinin məlumat verdi ki, 2 və 17 aprel aksiyalarına görə artıq 12 nəfər haqqında cinayət işi qalıdırılıb.

“Heç bir videoda polisi vuran mitinqçi göstərə bilməzlər

Dəyirmi masada siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər, habelə 2 aprel aksiyasında işgəncəyə, həbsə məruz qalan şəxslər iştirak ediblər. Çıxış edən vəkillər həbs edilənlərin məruz qaldığı işgəncələrdən təfərrüatı ilə danışıblar.

Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli həbsdə saxlanılan fəalların müdafiə komitələrinin işinin gücləndirilməsinin koordinasiya edilməsinin zəruri olduğunu qeyd ediblər.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bildirib ki, işgəncə faktları ilə bağlı ona edilmiş müraciətlər üzrə araşdırma aparır.

Toplantıda Avropa Şurasına, ATƏT-ə, ABŞ Konqresinə, insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciət qəbul edilib.

“2 aprel dustaqlarına qarşı ittihamlar qondarmadır”

Şənbə, 23 Aprel 2011

Əsabəli Mustafayev: «Lazımi sübutlarımız var»

2 aylıq həbs edilənlərdən Ziyafət Eyvazovun səhhəti pisləşib

2 aprel mitinqində həbs edilənlərə qarşı irəli sürülən ittihamlar qondarmadır. Bununla bağlı lazımi sübutlarımız da var. Bunu, mitinqdə həbs olunaraq 2 aylıq həbs cəzası alanlardan Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının vəkili Əsabəli Mustafayev deyir. Vəkil bildirir ki, bütün ölkə vətəndaşlarının azad toplaşmaq və fikirlərini azad ifadə etmək hüququ var. Hökumət bunun qarşısını almaqla ATƏT-in müvafiq prinsiplərini tapdayır:

“Sərbəst toplaşmaq azadlığı həm yerli qanunvericilikdə, həm də beynəlxalq konvensiyalarda nəzərdə tutulub. ATƏT-in dinc toplaşmaq azadlığının təminatı üzrə rəhbəredici prinsipləri var. Bunu Azərbaycan da ratifikasiya edib. Prinsiplərdən biri də odur ki, dinc toplaşmalara istənilən halda icazə verilməlidir. Müəyyən məhdudiyyətlər qoymaq olar, amma bu, mütləq adekvat olmalıdır. Yəni aksiyanın auditoriyaya çıxış imkanları məhdudlaşdırılmamalıdır. Həm texniki, həm vaxt, həm yer baxımından elə qaydalar olmalıdır ki, insanlar öz fikirlərini auditoriyalarına çatdıra bilsinlər. Məsələn, bu gün Bakı Şəhər Icra Hakimiyyətinin aksiya üçün şəhərdən kənar yerləri ayırması adekvat məhdudlaşdırma deyil. Bu artıq aksiyaya icazə verməmək kimi qiymətləndirilir. Həmin prinsiplərdə qeyd olunur ki, yer və vaxtla bağlı razılıq əldə olunmayıbsa və mitinq dinc keçirilirsə, hökumət onu öhdəsinə götürməlidir”.

Vəkil iş üzrə vəsatətlər hazırladıqlarını və yaxın günlərdə onları istintaq orqanına təqdim edəcəklərini bildirir: “Mətbuatda gedən şüşəsındıran, saxta polislər barədə məlumatları da nəzərə alaraq vəsatətlər hazırlamışıq. Biz bu məqamlara hüquqi qiymətimizi vermişik, indi tələb edirik ki, məhkəmə də qiymət versin”.

Xatırladaq ki, barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilənlər AXCP təşkilat şöbəsinin sədri Şahin Həsənli, partiyanın Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli, partiyanın Səbayel şöbəsinin sədri Arif Alışlı, partiya fəalı Babək Həsənov, Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər komitəsinin sədri Tural Abbaslı və daha iki müsavatçı fəal Elşən Həsənov və Əhəd Məmmədlidir.

Istintaq təcridxanasında saxlanılan bu şəxslərin bir neçəsinin səhhətində problemlər var. Məsələn, AXCP-nin Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov şəkər xəstəliyindən əziyyət çəkir. Vəkilinin verdiyi məlumata görə, Z.Eyvazovun şəkəri qalxdığı üçün səhhəti kəskin şəkildə pisləşib.

Avropadaki Diaspor ayaga qalxır

May ayinin 11 de Brusselde Avropa Parlamenti onunde Azerbaycanda demokratiyaya destek mitinqi kecirilecek. Bununla bagli artiq muvafiq qrumlara muraciet gonderilib.Tedbir saat 13-00 dan 16-00 davam edecek.Icaze ile bagli cavabin neticesi diqqetinize catdirilacaqdir.

Bu tarixin secilməsi Avropa Parlamenti sessiyasının öz işinə başlaması ilə əlaqədardır.

Bu çağırışa artıq Almaniyadan, Fransadan, İsveçdən və İsveçrədən onlarla müraciət daxl olub. Tədbirin möhtəşəm olacağı gözlənilir. Eşq olsun.

Hakimlər də etirazlara qoşulur

Demokrat Qezeti     

 17 aprel mitinqinde tutulanlarla bagli bu gün məhkəmə qərarları verilməyib. Çünki, məhkəmələr bu gün işə çıxmaqdan imtina edib. Vəkillərdən birinin dediyinə görə o, Yaşar Əliyevin məhkəmələri söyməsinin şahidi olub. Yaşar Əliyev deyib: «Ədliyyə qudurub? Məhkəmələr qudurub ki, bu gün işə çıxmayıblar. O hakimləri də bu müxalifətçilər kimi damlamaq lazimdir!» deyib.

ABŞ-dan müraciət

Союз азербайджанцев Украины

«MÜTLƏQ OXUYUN! Aksiyaya ABŞ-dan daha bir mənəvi dəstək!

(Ukraynadakı Azərbaycan diasporuna ABŞ-dan müraciət)

 “Əziz çoxsaylı Azərbaycan diasporu!

Sizin Xalqınızın bu ağır çağında Azərbaycan barədə həqiqəti dünya məh sizdən öyrəndi.

Siz bütün dünyaya göstərdiniz ki, Sizin millətiniz yaşayır və Günəş altında öz yerı uğrunda mübarizəsini davam etdirir. İnanıram ki, bütün azərbaycanlılar birlikdə öz ölkələrini xoşbəxt edəcəklər və bu yolda Sizin böyük xidmətiniz var! Məqsədinizə doğru inamla addımlayın və Allaha xoş gələcək o Zamanı yaxınlaşdırın!

ABŞ-dakı Ukrayna diasporu Sizinlədir!

Miami Beach, Florida, USA, Oksana Korotash” (ukrayna dilindən tərcümə)»

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: