RSS

bəyənatlar

İctimai Palata üzvlərinə qarşı repressiya ilə bağlı İP KŞ- nın Bəyanatı

26 noyabr 2011- ci il tarixində prokurorluq orqanları tərəfindən Müsavat partiyasının mərkəzi qərargahında İctimai Palatanın fəaliyyəti ilə bağlı sənədlərin axtarılması və götürülməsi ilə bağlı çoxsaatlı əməliyyat tədbiri  həyata keçirilmişdir.

Göstərilən  2 aprel 2011- ci il tarixində   Bakı şəhərində dinc aksiya ilə bağlı   bağlı qaldırılan  cinayət işinin hüquqi deyil siyasi  xarakter daşıdığını bir daha sübut edir.

Bir daha xatırladırıq ki, 2 aprel 2011- ci il tarixdə minlərlə vətəndaş Bakının Fəvvarələr bağı və onun ətraf ərazilərində koklü demokratik islahatlar tələbi ilə dinc mitinq keçirməyə cəhd göstərmişdi və bu cəhdin qarşısı polis və təhlükəsizlik  əməkdaşları tərəfindən zorakılıqla alınmışdı.

Hadisədən  sonra  polis və prokurorluq hadisələrin olduğu yerlərdə güya aksiya iştirakçıları tərəfindən bəzi obyektlərə və nəqliyyat vasitələrinə xəsarət yetirilməsi ilə bağlı məlumat yaymış və bu əsasla hazırda 15 İctimai palata üzvü barəsində cinayət ittihamı irəli sürərək onları həbs etmişdir. İstintaqın başlanmasından və həbslərdən bir ay keçməsinə baxmayaraq həbs edilmiş şəxslərin dinc aksiyada iştirak etmələri xaric hər hansı fakt ortaya qoyulmamışdır.

Aksiya keçirilən zamanı şəhərin bəzi obyektlərinə vurulmuş zədə və xəsarəti törətmiş şəxslərin  müəyyən edilib tutulması  barədə  İctimai Palatanın Prokurorluq və DİN- etdiyi rəsmi müraciətləri olmasına baxmayaraq bu istiqamətdə hər hansı hərəkətlər edilmir. Halbuki obyekt və nəqliyyat vasitələrinə zərər vurulduğu deyilən ərazilər başdan başa    təhlükəsizlik kameraları quraşdırılmış sahəyə aiddir. Eyni zamanda hadisə zamanı çəkiliş apara jurnalistlərin qeydə alındığı görüntülərdə təxribat törədən şəxslərin əks olunduğu materiallar və digər dəlillər istintaqa verilsə də onların araşdırılması həyata keçirilməmişdir. Bu hal tam əminliklə belə bir qənaət yaradır ki, həmin əməllər əvvəlcədən mitinq iştirakçısı olmayan şəxslər tərəfindən hazırlanmışdı ki indi aparılan qondarma istintaq üçün əsas yaradılsın. İstintaqın təxribatçıların müəyyən edilməsində maraqlı olmamaları təxribatın  rəsmi orqanlar tərəfindən hazırlandığını və bunun məqsədinin  hazırda ölkədə genişlənməkdə olan xalq hərəkatının qarşısının almaq olduğunu açıq aşkar göstərir.

Obyektlərə və nəqliyyat vasitələrinə zərər yetirmiş şəxsləri axtarmaq və tutmaq  əvəzinə İctimai palatanın sənədlərinin axtarılması və götürülməsi  sübut etdi ki, İ 2 aprel hadisələri  ilə bağlı  aparılan istintaq və  cinayət təqibi də demokratik hərəkat və konkret olaraq İctimai palataya qarşı siyasi repressiya  planının tərkib hissəsidir. Bakıda və rayonlarda yüzlərlə şəxs bu istintaqla bağlı təkrar- təkrar ifadə verməyə çağırılır, saatlarla vaxt alınır,  həbslə hədələnir, mənəvi və psixoloji təzyiqə məruz qalır və  qorxudulurlar. Bir sıra siyasi partiyaların və ictimai təşkilatların, o cümlədən İctimai Palatanın normal fəaliyyətlərini iflic etməyə səy göstərilir.

Nəticə etibarı ilə bu hərəkətlər Azərbaycanda demokratikləşmənin qarşısını almağa və bu istiqamətdə fəaliyyət göstərən insanları tutduqları yoldan yayındırmağa qadir deyildir. Lakin eyni zamanda bu hərəkətlər və konkret olaraq 2 aprel hadisələrinin istintaqı qeyri qanuni və qeyri hüquqi xarakterə malik olub həm sifarişçilər, eyni dərəcədə  iştirakçıları üçün məsuliyyət yaradıcı əməllərdir.

Yuxarıdakıları qeyd edərək Koordinasiya Şurası Musavat Partiyası qərargahında aparılmış axtarışla bağlı kəskin etirazını bildirir, İctimai Palata  əleyhinə təqiblərə son qoyulmasını, 2 aprel hadisələri ilə bağlı cinayət işinə xitam verilməsini və həbs edilmiş  Palata üzvü və tərəfdarlarının dərhal azad edilmələrini tələb edir.

Müsavat Partiyasının 17 aprel mitinqi ilə bağlı bəyanatı

Müsavat Partiyası 17 aprel aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:

“İctimai Palata bir neçə gün əvvəl Nərimanov kinoteatrının qarşısında mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət etmişdir. Lakin şəhər İcra Hakimiyyəti Azərbaycan Konstitusiyasının və “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq aksiyanın keçirilməsinə razılıq vermədiyinə görə İctimai Palatanın qərarına müvafiq olaraq Sahil bağında dinc mitinq keçirməyə cəhd edilib. Xatırladaq ki, hələ mitinqdən bir gün əvvəl və mitinq günü səhər müxalifətçilərə qarşı total təzyiq kampaniyası başlayıb. Müsavat Partiyasının Sumqayıt şəhər, Sabirabad, Qubadlı rayon təşkilat sədrləri, eləcə də Suraxanı rayon təşkilatının fəalları polis idarələrinə aparılıb, onlara hədə-qorxu gəlinib. Mitinqin başlamağına bir neçə saat qalmış partiyanın Sumqayıt şəhər və Abşeron rayon təşkilatının sədrlərinin evləri polislər tərəfindən mühasirəyə alınıb. İctimai Palatanın üzvü Köçəri Nağıbəyli mitinqdən bir gün əvvəl tutularaq 7 sutka həbs cəzası alıb. Bundan əlavə mitinqin keçiriləcəyi ərazi mülki maşınlarla və polislərlə əhatəyə alınıb.

Bütün bu təzyiqlərə baxmayaraq saat 1600-da minlərlə mitinq iştirakçısı müxtəlif istiqamətlərdən Sahil bağına daxil olmağa çalışıblar. Onlar polisin sərt müqaviməti ilə üzləşiblər. Həmin ətrafda görünən insanlar, hətta bağda istirahət edən vətəndaşlar da həbs olunublar. İsveçdən gələn 2 jurnalist həbs olunub. Sahil bağına girə bilməyən aksiya iştirakçıları kiçik qruplar halında “Azadlıq!”, “İstefa!”, “Azad seçki!” şüarları səsləndirə biliblər. Polis 100 nəfərə qədər mitinq iştirakçısını həbs edib. Həbs olunanlar əsasən Nəsimi rayon polis idarəsinə aparılıblar. Bir sıra aksiya iştirakçılarına qarşı zorakılığa yol verilib və onlar avtobuslarda, polis idarəsində döyülüblər (həbs olunanların və döyülənlərin tam siyahısı əlavə yayılacaq). Həbs olunanların bir qrupu şəhər kənarına aparılaraq orada sərbəst buraxılıblar”.

Müsavat Partiyası bütün bunları ölkədə demokratiyaya, vətəndaşların sərbəst toplaşmaq azadlığına və siyasi hüquqlarına qarşı növbəti qəsd kimi dəyərləndirir və həbs olunanların dərhal azadlığa buraxılmasını, dinc insanlara qarşı zorakılıq edənləri və buna göstəriş verənlərin cəzalandırılmasını tələb edir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: