RSS

REGİONLAR

İP Regonal Bölmələri

10 Апр  2011 Bu gün avropa vaxtı ilə 20-00 dən 24-00 qədər Avropada yaşayan Azərbaycanliların internet forumu keçirilmişdir. Forumda Almaniya, İsveç, Hollandiya, İsveçrə, Norveç və digər ölkələrdən xeyli sayda iştirakçı qeydə alınmişdı. Müzakirə predmeti kimi Azərbaycandakı İctimai-Siyasi vəziyyət, Strasburq(Fransa) və Stokholm(İsveç) keçirilən etiraz aksiyalarının nəticələri, Azərbaycanda yaradılmış İctimai palatanın Avropada bölmələrinin yaradılması, Milli Azadliq hərəkatına digər dəstək formalarının həyata keçirilməsinə münasibət bildirildi. Forumda 01 apreldə Starsburqda Avropa Şurası Parlament Assambleyası qarşısında və 02 apreldə Stokholm şəhərinin mərkəzi meydaninda keçirilən izdihamlı etiraz mitinqlərinin həm beynəlxalq təşkilatların tərəfindən. Həm də azərbaycan İctimaiyyatı tərəfindən müsbət qarşılandığını, Azərbaycan Hakimiyyətini isə son dərəcə qəzəbləndirdiyini və nəticədə aksiya iştirakçısınin birinə Fransada yaşamasına baxmayaraq, Azərbaycanda ona cinayət işi açdığını qeyd etdilər və bu cür tədbirlərin daha tez-tez keçirilməsinin məqsədəuyğun olduğunu bildirdilər. Forum iştirakçıları geniş müzakirələr nəticəsində Avropanın Azərbaycan Siyasi Mühacirlərinin məskunlaşdığı ölkələrdə İctimai Palatanın bölmələrinin yaradılmasını məqsədəuyğunluğunu qeyd edtməklə yanaşı, tədbirlərin normal koordinasiyası üçün həmin bölmələrin Ümumavropa Məşvərət məclisinin də təsis edilməsinin vacib olduğunu bildirdilər. Sonda müzakirə olunan məsələlər barədə konkret qərarlar qəbul olundu.

08 04 2011 Bu gün İsveçdə İP təşəbbüs qrupunun toplantısında İsveç Azərbaycanlılarının İctimai Palatası təsis olundu. Palatanın 16 aprel tarixində keçiriləcək genişləndirilmiş toplantısında təşkilati məsələlərə baxılacağı, İP strukturlarının yaradılacağı və növbəti aksiyanın keçirilməsinin müzakirə olunacağı qərara alındı.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: