RSS

MİSSİYA

İctimai Palatanın yaradılması haqqında

BƏYANNAMƏ

 Biz aşağıda imza edən şəxslər:

– vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirak haqqında Konstitusiya hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına və azad, ədalətli, demokratik seçkilərin keçirilməsinə nail olmaq;

         – ölkədə feodal məmur oliqarx istibdadına son qoymaq,  çağdaş demokratik siyasi mədəniyyət formalaşdırmaq;

       – fərqli düşüncə, mövqe və alternativləri ifadə etmək və yönləndirmək;

       – Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, müzakirə münasibət bildirməyi  zəruri saydığı məsələləri müzakirə etmək, dinləmələr keçirmək,  hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək, 

       – kütləvi aksiyalar keçirmək və təşkil etmək,   

– göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün  mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədilə demokratiya uğrinda vətəndaş hərəkatının – İctimai Palatanın  yaradıldığını bəyan edirik.

            (28 dekabr 2010- cu il tarixində təsis forumunda qəbul edilmişdir.)

 

İctimai Palatanın Təsis Bəyannaməsinə   dair

1 SAYLI PROTOKOL

 İctimai Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında, hamılıqla qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə (bəyannamələr, konvensiyalar, paktlar və s.) təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metod və vasitələri məqbuldur. İctimai Palatanın yaradılması hakimiyyətin səlahiyyətinin həyata keçirilməsi və mənimsənilməsi kimi başa düşülə və şərh edilə bilməz.

Bu bəyanatı imzalayan şəxslər İctimai Palatanın təsisçi üzvləri qismində   çıxış edir. Bundan sonra təsisçi üzvlər İctimai Palatanın üzvləri adlanır və sonradan qəbul edilən üzvlərdən hər hansı üstün hüquqları yoxdur. Üzvlərin ümumi iclasının qərarı ilə Məclisə  yeni üzvlər qəbul edilə bilər.

İctimai Palatanın  ali orqanı üzvlərin ümumi iclasıdır. Ümumi iclas ayda ən azı bir dəfə çağırılır. İctimai Palatanın iclasları açıqdır.

 İclaslararası  dövrdə Palatanın fəaliyyəti Koordinasiya Şurası tərəfindən həyata keçirilir. Koordinasiya Şurası İctimai Palatanı təmsil edir və onun adından qərarlar qəbul edir, bəyanatlar, müraciətlər, sorğular verir. Yığıncaqlara Koordinasiya Şurasının üzvləri növbə ilə sədrlik edirlər. Koordinasiya Şurası  öz fəaliyyətinin təşkili məqsədi ilə öz üzvlərindən katiblik və Koordinasiya Şurasına üzv olmayan Məclis üzvlərindən    işçi qruplar yarada bilər. İşçi qruplar öz fəaliyyətinə İctimai Palatanın üzvü olmayan mütəxəssisləri ekspert qismində cəlb edə bilər. 

Bu protokol İctimai palatanın yaradılması haqqında Bəyannamənin tərkib hissəsidir və onunla eyni qüvvəyə malikdir. İctimai Palata  Bəyannaməyə  dəyişiklik və əlavələr edə bilər.

 

Ictimai Palatanın Təsis Bəyannaməsinə dair

2 SAYLI PROTOKOL

               1. Palatanın Təsis Bəyannaməsinə dair 1 saylı protokolun mətnində:

           – ikinci abzasda “İctimai Palata üzvlərinin ümumi iclasının qərarı ilə İctimai Palataya yeni üzvlər qəbul edilə bilər” cümləsi  “İctimai Palatanın sesiyasının qərarı ilə İctimai Palataya yeni üzvlər qəbul edilə bilər” cümləsi ilə;

           – üçüncü abzasda “İctimai Palatanın ali orqanı üzvlərin ümumi iclasıdır” cümləsi “İctimai Palatanın ali orqanı sessiyadır” cümləsi ilə; “Ümumi iclas ayda ən azı bir dəfə çağırılır” cümləsi “Sessiya ayda ən azı bir dəfə çağırılır” cümləsi ilə; “İctimai Palatanın iclasları media üçün açıqdır” cümləsi “ İctimai Palatanın sessiyaları media üçün açıqdır” cümləsi ilə;

          – dördüncü abzasda  “İclaslararası dövrdə İctimai Palatanın fəaliyyəti Koordinasiya Şurası     

          tərəfindən həyat keçirilir” cümləsi “ Sessiyalararası dövrdə İctimai Palatanın fəaliyyəti  

          Koordinasiya Şurası      tərəfindən həyat keçirilir” cümləsi    ilə;

         “Yığıncaqlara Koordinasiya Şurası üzvləri növbə ilə sədrlik edirlər” cümləsi “ Koordinasiya   

         Şurasının iclaslarına KŞ üzvləri  növbə  ilə sədrlik edirlər” cümləsi ilə əvəz edilir.

    2. İctimai Palatanın qərarları  başqa qayda nəzərdə tutulmayıbsa  sadə səs şoxluğu ilə qəbul edilir.

         – Sessiya  ayda azı bir dəfə koordinasiya şurası tərəfindən çağırılır. Ictimai Palata üzvlərinin 3/1 nin tələbi ilə növbədənkənar sessiya çağrıla bilər

         – İctimai Palata müxtəlif fəaliyyət istiqamətləri üzrə komissiyalr  yaradır və ya konkret məsələlər üzrə məruzəçilər təyin edir.   İctimai Palata üzvləri Komisssiyaların iclaslarında məşvərətçi səslə iştirak edə bilər.

         -Sessiyanın iclaslarına bir qayda olaraq Koordinasiya Şurasının üzvləri adlarının əlifba sırası ilə sədrlik edirlər.

           Bu protokol İctimai  Palatanın yaradılması haqqında Bəyannamənin tərkib hissəsidir və onunla eyni qüvvəyə malikdir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: