RSS

DÜNYA

СЕ головой отправляет письмо разочарование Алиеву

3 апреля 2011  Турбьерн Yagland, генеральный секретарь Совета Европы, выразили обеспокоенность по поводу ситуации в отношении плюрализма политических дебатов, свободы выражения мнений и свободы ассоциации в Азербайджане, Trend сообщает агентство.

В своем письме на имя президента Азербайджана Ильхама Алиева , Yagland сказал, что он выражает обеспокоенность по поводу арестов молодежных активистов и представителей оппозиционных партий.

Несколько событий, которые вызывают озабоченность в связи с обязательствами и обязательствами в области защиты и поощрения прав человека, плюралистической демократии и верховенства закона Азербайджан подписался на на становление государства-члена Совета Европы, Yagland сказал.

Генеральный секретарь призвал к изменению в очень ограничительный подход к свободе собраний, после ряда недавних арестов до демонстраций в Баку 11-12 марта.

Он также выразил разочарование неспособность азербайджанских властей осуществить решение Европейского суда по правам человекав случае журналиста Эйнуллы Фатуллаева.

Генеральный секретарь вновь предлагаем, чтобы помочь Азербайджану власти по приведению законодательства и административной и судебной практики в области защиты прав человека и основных свобод на уровне ожидаемых от государства-члена Совета Европы.

Yaglandвыразил готовность посетить Баку для обсуждения указанных вопросов с Алиевым и его администрации.

Isveçin SVT kanali Azərbaycandan deportasiya edilən jurnalistlərlə geniş müsahibə yayıb

İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiya zamanı polis tərəfindən saxlanılan, daha sonra ölkədən deportasiya edilən isveçli jurnalistlər başlarına gələnlər barədə öz vətənlərində danışıblar. İsveçin SVT telekanalı saxlanılan jurnalistlərdən ikisi – May Roderstrit və Şarlotta Uikstromu canlı yayıma dəvət edib.

Onlar telekanala verdikləri geniş müsahibədə Azərbaycana səfərlərinin məqsədləri, ölkədə başlarına gələnlər, polisin jurnalistlərlə rəftarı və deportasiya edilmələri üçün göstərilən qurama səbəblər barədə geniş danışıblar. Xəbər verildiyi kimi İctimai Palatanın 17 aprel mitinqini müşahidə edən 3 İsveçli jurnalist  May Roderstrit, Şarlotta Uikstromu və Şarli Laprevod mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Jurnalistlər əvvəlcə 39-cu polis bölməsinə, sonra isə DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinə aparıblar. Onlar İsveçin “Kanal -1” televiziyası üçün işləyən  «Pampas Produktion» film şirkətinin  əməkdaşlarıdır və  Azərbaycana ifadə azadlıqlarının vəziyyəti ilə bağlı sənədli film çəkmək üçün gəlmişdilər. Bu şirkət bir neçə ölkədə belə sənədli film çəkib. Jurnalistlərin Azərbaycana səfər etmək üçün bütün sənədləri qaydasında olub, viza alarkən onlar jurnalist olduqlarını və sənədli film çəkmək üçün gəldiklərini göstəriblər. Saxlanılarkən da isveçli jurnalistlər jurnalist vəsiqələrini polisə təqdim ediblər. Lakin bunun köməyi olmayıb. İsveç jurnalistlərinin saxlanılması və ölkədən deportasiya edilməsi beynəlxalq jurnalist təşkilatları tərəfindən pislənib.

May Roderstrit və Şarlotta Uikstrom öz ölkələrində verdikləri müsahibədə deyiblər ki, Azərbaycanda söz və sərbəst toplaşmaq azadlıqlarının boğulduğunun şahidi olublar, onlar polisin nümayişçilərə qarşı hansı zorakılıqlar etdikləri barədə faktları da çatdırıblar.


Amnesty İnternational Azərbaycan hakimiyyətini kəskin tənqid edib

 “Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığı üzərinə hücumuna son qoymalıdır”.
Amnesty
İnternational təşkilatının paytaxt Bakıda bir çoxlarının həbs olunması, digərlərinin zorakılıqla dağıdılması ilə nəticələnmiş “Qəzəb Günü” etirazının ardınca bu gün verdiyi bəyanatda belə deyilir.

Mitinqin təşkilatçısı olan İctimai Palata Komitəsi bildirmişdir ki, onların nümayiş keçirmək cəhdi 150 nəfərin həbsi ilə nəticələnmişdir.

Yaxın Şərq və Şimali Afrikada baş verənlərdən ilhamlanmış və müxalifət partiyaları tərəfindən Facebook vasitəsilə təşkil edilmiş Şənbə etirazlarının qarşısını almaq üçün yüzlərlə iğtişaş polisi Bakının mərkəzində toplaşmışdır.

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalhayzen bəyan etmişdir ki, “Hazırkı Azərbaycan rejimi ictimai toplanışların qarşısını almaq və bunlara mane olmaq tarixçəsinə malikdir”.

“Bugünkü etiraza və Mart ayındakı nümayişlərə olan reaksiya hakimiyyətin hər hansı nəzərəçarpacaq ictimai etiraza dözüm göstərilməsindən etiraz etdiyini parlaq şəkildə nümayiş etdirmişdir.”

Amnesty International təşkilatının bəyanatında deyilir ki, polis mitinq üçün elan edilmiş “Fəvvarələr Meydanı”na gedən bütün küçələri bağlamış, qalxan və dəyənəklərdən etiraz üçün gələnləri, mitinqə qoşulmuş insan haqları fəallarını dağıtmaq üçün istifadə etmişdir.

Polis müxtəlif yerlərdə toplaşmağa çalışan etirazçıları təqib etmiş və dağıtmışdır. Bakıda 28 May metro stansiyasının yaxınlığında azı 10 etirazçı həbs edilmişdir.

Formada olan polis zabitləri hadisənin fotoşəkillərini və videogörüntülərini çəkən jurnalistləri dayandırmış, onları itələmiş və vurmuş, bu arada isə mülki geyimli zabitlər etirazı müşahidə edən insan haqları fəallarını sorğu-suala çəkmişlər.

Yerli insan haqları qruplarının məlumatına əsasən dünən etirazlarla bağlı daha altı fəal həbs olunmuş və beləliklə, etirazdan əvvəl həbs edilənlərin sayı 17-yə çatmışdır.

Vüqar Həsənli, Teymur Abbaslı, İbrahim Əhmədzadə və Tahir Abdullayev Aprelin 1-də gecə saatlarında polis tərəfindən həbs edilmişlər. Onları Bakı və onun ətrafındakı evlərində həbs etmişlər.

Gənc fəallar Kamal və Orxan Hüseynovları özlərini polis kimi təqdim etməyən və adlarını bildirməyən bir neçə mülki geyimli şəxs Bakıdakı evlərindən oğurlamışlar.

Vüqar Həsənliyə artıq 10 sutkalıq inzibati həbs cəzası verilmiş, İbrahim Əhmədzadəyə isə 7 sutkalıq inzibati həbs cəzası kəsilmişdir.

İndiyədək ən azı 7 şəxsə inzibati həbs cəzası verilmişdir. Onların əksəriyyəti Azərbaycanın İnzibati Məcəlləsinin 310.1 maddəsinə – “polis rəsmisinə bilərəkdən tabesizlik” qanun pozuntusuna görə məhkum edilmişdir.

Bu mühakimələrin əksəriyyəti bağlı qapılar arxasında aparılmış, mühakimə olunanlara hüquqi müdafiə imkanı verilməmişdir.

“Əsas təşkilatçıların əvvəlcədən həbs olunması, onların hələ törədilməmiş xətalara görə bağlı qapılar arxasında mühakimə edilməsi hakimiyyətin narazı səsləri kəsmək üçün nə qədər uzağa gedə biləcəyinin göstəricisidir” – deyib Con Dalhayzen.

Siyasi fəallar Arzu Musayeva və Kifayət Musayeva deyiblər ki, polis onlara Gədəbəy rayonundakı evlərini tərk edib Bakıdakı mitinqə qoşulmağı qadağan etmiş, onlar buna cəhd göstərərkən isə onları bütün gün ərzində izləmişdir.

Azərbaycan dövlət televizyası Aprelin 2-də yaydığı məlumatda bildirmişdir ki, etiraz xaricdəki qüvvələrin Azərbaycandakı stabilliyi pozmaq cəhdidir. Dövlət tərəfindən nəzarət edilən digər telekanallarda da Facebook istifadəçilərini ruhi xəstə kimi təqdim edən proqramlar yayınlanmışdır.

Azərbaycan hökuməti demokratiya sahəsində inkişaf etdiyini bəyan etsə də, social hərəkatların və siyasi toplanışların üzərinə sistematik hücumları ilə bunun əksini nümayiş etdirir” – deyib Con Dalhayzen.

Əsas təşkilatçıların əvvəlcədən həbs olunması, onların hələ törədilməmiş xətalara görə bağlı qapılar arxasında mühakimə edilməsi hakimiyyətin narazı səsləri kəsmək üçün nə qədər uzağa gedə biləcəyinin göstəricisidir

Bundan daha əvvəl isə təşkilat Azərbaycana dair başqa bir bəyanatla çıxış etmişdi.

Azərbaycan hakimiyyəti ifadə azadlığına qarşı təzyiqlərinə son qoymalıdır.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational bu bəyanatı bu həftəsonu üçün planlaşdırılmış “Qəzəb Günü” etirazları ərəfəsində daha 11 siyasi fəalın həbsindən sonra verib.

Bəyanatda deyilir ki, fəalların Yaxın Şərq və Şimali Afrikada baş verən xalq üsyanlarından ilhamlanan bu etirazı təşkil etmək cəhdi zorakılıqla boğulmuşdur.

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya Proqramının direktor müavini Con Dalhayzen demişdir ki, “Azərbaycan hökumətinin islahat istəyənlər üzərinə önləyici zərbəsi genişmiqyaslı və qəddar olmuşdur”.

“Azərbaycanın daxilində bütün fərqli mövqelərə qarşı düşmənçilik ab-havası artdıqca, Azərbaycan jurnalistlərinə və hətta xaricdə yaşayan fəallara qarşı təqibin yeni halları, öz mövqelərini təhlükəsiz bir şəkildə bildirmək barədə düşünənlərə tükürpədici xəbərdarlığa çevrilir.”

Facebookda təşkil olunmuş Şənbə etirazları öncəsi həbs edilmiş 11 fəalın arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sədr Müavini İlham Hüseynli, AXCP üzvü Kərim Mehdiyev, Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Yaqub Babanlı və gənc fəallar Xalid Amanlı, Rövşən Nəsirli və Təbriz Qasımov da var.

Bu arada hökumət tərəfdarları müxalifət lideri Əli Kərimlinin yaşadığı evin qarşısında nizamsız mitinq keçiriblər. Dəstə onu satqın və homoseksual adlandıran şüarlar səsləndirərkən polis orada idi və vəziyyəti seyr edirdi.

Həbslər dalğası Martın 29-da Azərbaycan Demokrat Partiyasının üzvü Nazim Abbaslı həbs ediləndən və ona 5 sutkalıq inzibati həbs cəzası kəsiləndən başlanıb.

Bəyanatda qeyd olunur ki, müxalifət partiyalarının təşkil etdiyi 12 Mart etirazı zorakılıqla qarşılaşmışdır. Paytaxt Bakıda keçirilən dinc nümayiş zorakılıqla dağıdılmış, bəziləri həbs edilmiş və bir sıra adamlar döyülmüşlər.

“Azərbaycanda fəallara və jurnalistlərə qarşı təcavüz və zorakılıq hallarının artması dərin narahatlıq oyadır. Bu meyl hakimiyyətin azadfikirliyin hər hansı formasını əzmək əzmində olduğunu nümayiş etdirir” – deyib Dalhayzen.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: