RSS

toplantılar

09 04 2011 İctimai Palatanın növbəti sessiyası

Bu gün Müsavat Partiyasının mərkəzi qərərgahında İctimai Palatanın növbəti sessiyası öz işinə başladı. Sessia iştirakçılari İP Kordinasiya Şurasının üzvlərini böyük coşğu ilə qarşıladılar. Sessiyada iştirak edənlrin sayı törənin keçirildiyi zalın imkanlarından dəfələrlə çox oduğundan iştirakçıların əksəriyyəti prosesi qərərgahın dəhlizndə yerləşdirilmiş monitorda izləmək məcburiyyətində qalmışdı. İP Sessiyası öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sessiyanın işinə sədrliyi Müsavat Başqanı İsa Qəmbər həyata keçirirdi. Sessiyanı giriş sözü ilə açan İsa Qəmbər gündəlikdə duran məsələlərin mahiyyətini və aktuallığını diqqətə çatdırdı. 25 nəfərə qədər deputatlığa namizəd, ziyalı vədigər kateqoriylaradan olan aktiv vətəndaş İP-yə qəbul olundu. Azərbaycanda mövcud İctimai-Siyasi vəziyyətinin qiymətləndiriləməsi ilə AXCP sədri Əli Kərimli danışdı. Natiq vətəndaşların mübarizə əzminin olduqca yüksək olduğunu, movcud istibdad rejiminin dəyişdirilməsu üçün dinc kütləvi tədbirlərdən bsşqa yolun olmadığı, güc tətbiq olunmasının yolverilməz olduğunu qeyd etdi. Daha sonra xalq Partiyasının yaradıcısı Pənah Hüseyn İP Kordinasiya Şurasının işi barədə məlumat verdi, qəbul olunmuş sənədlərin mahiyyəti ilə toplaşanları tanış etdi. Hazırki İqtisadi vəziyyət, baş verən nəhəng korrupsiya halları barədə taninmış iqtisadçı, Müsavat partiyasının Divan üzvü Qubad İbadoğlu məlumat verdi və İP-nin irəli sürdüyü İqtisadi Platformanı təqdim etdi. Natiq məmur-oliqarxların çevirdiyi nəhəng korrupsiya maxinasiyalarının kənarda qaldığı, hakimiyyətin isə korrupsiyailə mübarizə imitasiyası altında xırda biznesmenlərə divan tutduğunu dilə gətirdi. İctimai Palatanin toplantısındakı çoxsaylı çıxışçılar İP Kordinasiya Şurasının fəaliyyətini təqdir etdilər, müxtəlif təkliflər irəli sürdülər. İctimai Palatanin toplantısı, İP Kordinasiya Şurasının aprelin 17 də Ümumrespublika mitinqinin keçirilməsini nəzərdə tutulan təklifini dəstəklədi və təsdiq etdi. Üç saatdan çox sürən toplantı Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başa çatdı.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: