RSS

mitinqlər

17 aprel mitinində hadisələr necə cərəyan etdi?

13.43 / Polis, “Torqovı” və “Sahil” stansiyasını nəzarətə götürür.

14.14 / Sumqayıtda bir neçə gənc fəalların, xüsusən də fəal xanımların evi polis tərəfindən nəzarətdə olur ki, evdən bayıra çıxmasınlar.

15.00 / Sahil Metrosundan Mərkəzi Univermağa qədər hər döngədə 3-4 polis yerləşdirilir.

15.04 / Müsavat Partiyası Abşeron RT sədri Zahir Feyzullayevin evi mühasirəyə alınır.

15.13 / Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvü Füzuli Cərullayev “Sahil” bağına yaxınlaşmaq istəyərkən polislər tərəfindən saxlanılır və naməlum istiqamətə aparılır.

15.16 / Nizami küçəsində sakitçilikdir, R.Behbudov 13-22 tərəfdə yollar polislə dolub. Çoxlu da YPX maşınları yığışır.

15.29 / İçi polisə məxsus ləvazimatlarla dolu yük maşınının boşaldılmasını lentə almaq istəyən “Azadlıq” radiosunun əməkdaşlarına polis təzyiq göstərir.

15.59 / Elman Türkoğlu 28 may metrosunda saxlanılır və polislər tərəfindən qabırğası sındırılır.

16.08 / Hüquq müdafiəçiləri də “Sahil bağı”na gəlir. Polis onlara da zor tətbiq edir. Onlar arasında Səidə Qocamanlı, Elçin Behbudov, Novella Cəfəroğlu və digərləri də olur. Eyni zamanda müxbirimizin məlumatına görə, ATƏT müşahidəçiləri də bağa gəlib. polis əməkdaşları hüquq müdafiəçiləri Səidə Qocamanlı və Novella Cəfəroğluna qarşı zor tətbiq edib.

16.12 / 5 isveçli jurnalist isə saxlanılaraq polis bölməsinə aparılır. Onlarda soyadlarını dəqiqləşdidrdiyimiz – My Rohwedder Street, Charlie Laprevote, Charlotta Wijkström-u əvvəlcə Səbail rayonunun 39-cu polis bölməsinə, daha sonra arxa qapıdan çıxarılaraq Miqrasiya İdarəsinə aparılıblar.

16.21 / Polis aksiyaçıları “Axundov” kitabxanasının qarşısından da dağıdır.

16.23 / KXCP üzvləri Əhədov Ramiz, Tağıyev Fədai həbs edildilər. KXCP Mitinq Komitəsinin sədri Fikrət Cəfərov də həbs edilir.

16.25 / Polis yaşlı qadın, uşaq və bir neçə nəfəri həbs edib. Əməkdaşımızın məlumatına görə, polis qüvvələri artıq hərəkətə keçir. Verilən məlumata görə, polis bu əraziyə gəzməyə gəldiyini bildirən yaşlı qadın və 9-10 yaşlı uşağı həbs edir.

16.28 / “ANS”, “İctimai TV” və digər KİV-lərin jurnalistlərinə zor tətbiq olunur.

16.31 / Aksiya başladı! “İstefa və Azadlıq” şüarları səsləndirilir! Həbslər olsa da millət Sahil bağına axışır!

16.33 / Orxan Rasimoğlu, Fuad Haciyev və Etibar Salmanli həbs edilir.

16.36 / Rəşid Behbudov Mahnı Teatrının qarşısındakı yol bağlanıb. Polis önünə gələni tutur.

16.40 / Nəsimi Polis idarəsində 100 yaxın saxlanılan var. AXCP NTK üzvü Arzuman Məcidli, AXCP Ali məclisinin üzvü Hüseynqulu Məmmədov da var.

16.47 / Gözəl Bayramlı və digər cəbhəçi qadınlar həbs edilirlər. Rauf Məmmədovun vəziyyəti ağırdır.

16.50 / Polis “Sahil bağı”nın ətrafını tamamilə mühasirəyə alır.

16.59 / İçərişəhər metrosunda hər kəsin üst-başını yoxlayıb buraxırlar.

17.10 / AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və fəallar Dəyanət Babayevlə Elturan Rüstəmlinin də həbs edildiyi xəbər verilir.

17.36 / Hüquqşünas Vidadi İsgəndərov saxlanılır.

17.45 / Bir qrup gənc “McDonalds” ətrafında oturaq aksiya keçirməyə cəhd edir.

17.58 / Musavat partiyası Sabirabad rayon təşkilatının sədri Azər İsmayılın üzünə yalançı şahid qoyaraq Sabirabad rayon məhkəməsi saxta əsaslarla 10 gün müddətinə həbs etdilər.

18.13 / Gənc aktivist və blogger Samir Abbasov saxlanıldığını və PPX maşında hara aparıldığını bilmədiyini məlumat verir.

18.19 / AXCP üzvü Cümşüd Abdullayev və oğlu, N!DA-çı Rüfət Abdullayev tutularaq Nəsimi polis idarəsinə aparılırlar.

18.54 / Aksiyada saxlanılaraq Nəsimi RPİ-yə aparılan Müsavat Partiyası Gənclər Təşkilatının fəalları Rüfət Hacıbəyli və Rauf Məmmədov polislər tərəfindən fiziki təzyiqə məruz qalır. R.Hacıbəyli Nəsimi RPİ-də saxlanılır. R.Məmmədov isə Yasamal RPİ-yə aparılır.

20.32 / Yaşar Əliyev Yasamal Rayon Polis İdarəsinə gəlib.

21.24 / 11 nəfər aksiyaçını Yasamal Rayon Polis İdarəsindən çıxarib naməlum istiqamətə aparıblar. Onların əksəriyyəti yaşlılardır, 2 nəfəri isə gəncdir.

21.51 / ADP Gənclər Təşkilatının üzvləri Osman Əhmədov,Orxan Hüseynov,Kamal Hüseyn azadlığa buraxılırlar.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: