RSS

həbslər

28 aprel 2011

İctimai Palatanın 02 aprel 2011-ci il mitinqi ilə əlaqədar 

həbs edilərək barələrində cinayət işi açılanların

SİYAHISI

 I. Şübhəli şəxs qismində saxlanılaraq barələrində Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə cinayət işi açılanlar.

1. Arif Hacılı – Müsavat Partiyası İcra Aparatının rəhbəri  – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

2. Fuad Qəhrəmanlı AXCP sədrinin müavini – polisin nəzarətinə verilib.

3. Tural Abbaslı – Müsavat Partiyası Gənclər Təşkilatının sədri, Divan üzvü  – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

4. Məhəmməd Məcidli – AXCP-nin şöbə müdiri – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

5. Sahib Kərimov – AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

6. Babək Həsənov – AXCP Nərimanov şöbəsinin fəalı, Qarabağ qazisi – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

7. Elşən Həsənov – Müsavat Partiyası Sabunçu rayon təşkilatının fəalı – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

8. . Arif Alışlı – AXCP Səbail rayon şöbəsinin fəalı –  Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib

9. Zülfüqar Eyvazov – AXCP Nizami rayon şöbəsinin sədri – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

10. Rüfət Hacıbəyli – Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, Məclis üzvü  -Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

11. Elnur İsrafilov – AXCP Yevlax rayon şöbəsinin fəalı – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

12. Şahin Həsənli – AXCP üzvü, mitinq ərəfəsində saxlanılıb, bir aylıq həbs qətiimkan tədbiri,

13. Əhəd Məmmədli – Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, Məclis üzvü – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib

14 Ülvi Quliyev – bitərəf – Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib. 

DAHA BİR MÜSAVATÇI GƏNCƏ CİNAYƏT İŞİ AÇILDI           “Azadlıq” radiosuna açıqlama verən Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının sözlərinə görə, Rüfət Hacıbəyli polis idarəsində İctimai Palatanın 2 aprel aksiyası ilə dindirilib: “Tanımadığı polislər üzünə durub ki, guya aksiya zamanı Rüfət onların avtomobilinə xətər yetirib”.Müxalif İctimai Palatanın aprelin 2-də Bakının Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyasına görə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyasının üzvləri Əhəd Məmmədli, Elşən Həsənov, AXCP fəalları Sahib Kərimov, Babək Həsənov və vətəndaş Ülvi Quliyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polisin nəzarətinə verilib. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar. Əhəd Məmmədli və Ülvi Quliyevə Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə də iş qaldırılıb.

“2 aprel dustaqlarına qarşı ittihamlar qondarmadır”

Şənbə, 23 Aprel 2011 Əsabəli Mustafayev: «Lazımi sübutlarımız var»

2 aylıq həbs edilənlərdən Ziyafət Eyvazovun səhhəti pisləşib

2 aprel mitinqində həbs edilənlərə qarşı irəli sürülən ittihamlar qondarmadır. Bununla bağlı lazımi sübutlarımız da var. Bunu, mitinqdə həbs olunaraq 2 aylıq həbs cəzası alanlardan Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının vəkili Əsabəli Mustafayev deyir. Vəkil bildirir ki, bütün ölkə vətəndaşlarının azad toplaşmaq və fikirlərini azad ifadə etmək hüququ var. Hökumət bunun qarşısını almaqla ATƏT-in müvafiq prinsiplərini tapdayır:

“Sərbəst toplaşmaq azadlığı həm yerli qanunvericilikdə, həm də beynəlxalq konvensiyalarda nəzərdə tutulub. ATƏT-in dinc toplaşmaq azadlığının təminatı üzrə rəhbəredici prinsipləri var. Bunu Azərbaycan da ratifikasiya edib. Prinsiplərdən biri də odur ki, dinc toplaşmalara istənilən halda icazə verilməlidir. Müəyyən məhdudiyyətlər qoymaq olar, amma bu, mütləq adekvat olmalıdır. Yəni aksiyanın auditoriyaya çıxış imkanları məhdudlaşdırılmamalıdır. Həm texniki, həm vaxt, həm yer baxımından elə qaydalar olmalıdır ki, insanlar öz fikirlərini auditoriyalarına çatdıra bilsinlər. Məsələn, bu gün Bakı Şəhər Icra Hakimiyyətinin aksiya üçün şəhərdən kənar yerləri ayırması adekvat məhdudlaşdırma deyil. Bu artıq aksiyaya icazə verməmək kimi qiymətləndirilir. Həmin prinsiplərdə qeyd olunur ki, yer və vaxtla bağlı razılıq əldə olunmayıbsa və mitinq dinc keçirilirsə, hökumət onu öhdəsinə götürməlidir”.

Vəkil iş üzrə vəsatətlər hazırladıqlarını və yaxın günlərdə onları istintaq orqanına təqdim edəcəklərini bildirir: “Mətbuatda gedən şüşəsındıran, saxta polislər barədə məlumatları da nəzərə alaraq vəsatətlər hazırlamışıq. Biz bu məqamlara hüquqi qiymətimizi vermişik, indi tələb edirik ki, məhkəmə də qiymət versin”.

Xatırladaq ki, barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilənlər AXCP təşkilat şöbəsinin sədri Şahin Həsənli, partiyanın Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli, partiyanın Səbayel şöbəsinin sədri Arif Alışlı, partiya fəalı Babək Həsənov, Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər komitəsinin sədri Tural Abbaslı və daha iki müsavatçı fəal Elşən Həsənov və Əhəd Məmmədlidir.

Istintaq təcridxanasında saxlanılan bu şəxslərin bir neçəsinin səhhətində problemlər var. Məsələn, AXCP-nin Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov şəkər xəstəliyindən əziyyət çəkir. Vəkilinin verdiyi məlumata görə, Z.Eyvazovun şəkəri qalxdığı üçün səhhəti kəskin şəkildə pisləşib.

17 aprel aksiyasında saxlanılanlar

Müsavat Partiyasının mətbuat xidməti saat 18:00-a olan məlumata əsaslanaraq 17 aprel aksiyasında polislər tərəfindən saxlanılan şəxslərin siyahısını açıqlayıb.

 AXCP

1.Gözəl Bayramlı – sədr müavini

2.Asəf Quliyev – sədr müavini

3.İradə Əliyeva – Ali Məclis sədrinin müavini

4.Şakir Abbasov – sədrin müşaviri

5.Elbəyi Əliyev

6.Füzuli Əliyev

7.Xəyal Rüstəmov

8.Adil Hüseynov-am üzvü

9.Arzuman Məcidli-ntküzvü

10.Azər Türkoğlu

11.Hüseynqulu Məmmədov

12.Şəkər İsgəndərli-am üzvü

13.Səadət Qabilqızı-rh üzvü

14.Ramiz Əhədov-sədr aparatı

15.Akif Babayevbinəqədi sədr

16.Südabə Səlimova

17.Kəmalə Xəlilova

18.Afina Əliyeva

19.Ağalar Qurbanlı

20.Allahverdi Hüseynov-şöbə sədri

21.İsmayıl Əliyev

22.Fuad Əliyev

23.Sətdar Şahlarov-şs

24.İlham Hüseyn

25.Sahib Rüstəmli

26.Dəyanət Babyev

27.İltifat Mehtiyev-ntk üzvü

28.Elxan Məstəliyev

29.Cümşüd Abdullayev

30.Rüfət Abdullayev

31.İlham (soyadını dəqiqləşdirmək mümkün olmayıb)

32.Maqsud Babayev

33.Rüfət Nəsibov

34.Orxan Rüstəmzadə

35.Vaqif Xalıqov – Suraxanı şöbə sədri

36.Maarif Ağammədov – Yasamal şöbə sədri

37.Şövqi Məmmədov

38.Elturan Rüstəmli

39.Renat Nəcəfov

40.Elçin Hacıyev

 

Müsavat

1.Həqiqət Əlizadə

2.Hüseyn Məlik

3.Aydın Acalov

4.Füzuli Cərullayev

5.Rasim Abbasov 

6.Faiq Qasımov 

7.Əliş Əziz

8.Əhliman Hüseynli 

9.Sənani Məmmədli 

10.Sabit Hacılı 

11.İzzət Məmmədov

12.Zahir Feyzullayev 

13.Əlihüseyn Ağayev

14.Elşad Budaqov

15.Rauf Məmmədov

16.Fəxrəddin Abbas

17.Nurlan Qasımov

18.Afət Hüseynov

19.Vidadi Feyzi

20.Aqil Həsənov 

21.Ayaq İmranoğlu

22.Cahid İmanov

23.Niyaz Nəsirov

24.Eynulla Əzizov

25.Bəxtiyar Tağıyev 

26.Şahin bəy (soyadını dəqiqləşdirmək olmayıb)

27.Rüfət Hacıbəyli 

28.Nazim Əliyev

29.Əliqəmə Xəlilov 

30.Adil Qeybulla

31.Yaşar Türkazər 

32.Əli Qarayev

 

Başqaları

1.Fikrət Cəfərov-KXCP

2.Elman Türkoğlu-KXCP

3.Tağıyev Fədai – KXCP

4.Cavid Möcətli – bitərəf

5.Hacıbala Abdullayev – bitərəf

7.Fuad Talıbov – bitərəf

8.Hüseyn Heydərov – bitərəf

9.Ağanəcəf Cəbrayılzadə – bitərəf

10.Pənah Hüseyn – İcitmai Palatanın Koordinasiya Şurasının üzvü

11.Rahib Ümman – şair, bitərəf

12.Etibar Salmanlı – “Nida” Vətəndaş Hərəkatının üzvü

13.Rüfət Əliyev – bitərəf

14.Niyaməddin Musayev – bitərəf

15.Toğrul – gənc fəal

16.Fuad Hacıyev – “Nida” Vətəndaş Hərəkatının üzvü

17.Vasif Sadıqov – bitərəf

18.Nəriman Nəzərov – xəstə yanına gedən

19.Kərim Şükürov – xəstə yanına gedən

20.Qiyas Sadıqov – AXP

21.Samir Abbasov- gənc fəal, bloqçu

22.Ağasif Şakiroğlu – Hədəf gənclər təşkilatı

23.Kamal Hüseynov – ADP

24.Orxan Hüseynov – ADP

25.Osman Əhmədov – ADP

             

2 aprel aksiyası ilə bağlı qaldırılmış cinayət işi haqqında İP KŞ-nın bəyanatı

     İctimai Palatanın təşəbbüsü ilə 2 aprel 2011 – ci il tarixdə Bakı şəhərində köklü islahatlar tələbi ilə keçirilmiş aksiya iştirakçılarına qarşı qaldırılmış qurama cinayət işi və onun gedişi iqtidarın    Azərbaycanda  bütün dünyada demokratikləşmə uğrunda hərəkatın yeni mərhələsində islahatlar və siyasi dialoq əvəzinə   yenə özünün ənənəvi  qarşıdurma, siyasi təqib, həbs və repressiyalar kursunun xeyrinə seçim etdiyini göstərmişdir.

    Məlumdur ki, aksiya ilə bağlı  Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini F. Qəhrəmanlı və AXCP şöbə müdiri Məhəmməd Məcidli barəsində ictimai asayişin təşkili ittihamı ilə cinayət işi qaldırılmış, A. Hacılı, Tural Abbaslı və Məmmədli haqqında həbs qəti imkan tədbiri keçirilmişdir. Bu  uydurma cinayət işi ilə əlaqədar ayrı – ayrı şəxslərin istintaqa çağırılması və ifadələrinin alınması barədə məlumatlar gəlir.  Həbslərin və ittihamların  çevrəsinin genişləndirilməsi və ağırlaşdırılması məqsədilə ayrı – ayrı şəxslərə təzyiqlərin göstərilməsi və saxta ifadələrin tərtibi olunmasına cəhdlər edildiyi bildirilir. İctimai rəyin çaşdırılması üçün dövlət və iqtidarın nəzarətində olan televiziyalarda və KİV- də böhtan kompaniyası aparılır.

Bundan əlavə AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə qarşı CM-nin 228 1 hissəsi ilə (qanunsuz olaraq silah və sursat saxlama) uydurma cinayət işi acılmış və barəsində həbs qəti imkan tədbiri seçilmişdir.

    Bununla əlaqədar İctimai Palata bəyan edir ki, bütövlükdə 2 aprel aksiyasına, o çimlədən konkret olaraq  həbs olunmuş və istintaqa cəlb edilən şəxslərə qarşı başlanmış cinayət təqibinin   heç bir hüquqi və faktiki əsası yoxdur.

     Belə ki, fəaliyyətin dinc və sivil formalarda aparılması İctimai Palatanın əsas prinsipidir. Palatanın Təsis Bəyannaməsində birbaşa göstərilir ki, “İctimai Palata Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında, hamılıqla qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə (bəyannamələr, konvensiyalar, paktlar və s.) təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metod və vasitələri məqbuldur.”

    Palatanın keçirdiyi aksiyaların dinc xarakteri  barədə 2 aprel mitinqinin bir həftə əvvəldən KİV- də dərc edilən qətnamə mətnində xüsusi olaraq vurğulanmışdır. Qətnamənin 5- ci bəndində deyilir. “Mitinq və hərəkat iştirakçılarından tələb edilsin ki, hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeydsiz- şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar  zor işlətsə, saldırsa  belə qarşılığında  zora və saldırıya yol verilməsin. Zorakılığa və saldırıya yo verənlər bizdən deyildir.”2 aprel mitinqinə aid İP rəhbərliyinə daxil olan , o cümlədən, hazırda həbs edilən Arif Hacılının barəsində cinayət işi qaldırılmış Fuad Qəhrəmanlının və digərlərinin  KİV- dərc edilən  müsahibə və yazılarında aksiyanın dinc xarakteri təkrar- təkrar vurğulanmış və təbliğ olunmuşdur.

    Həqiqətən də  polisin və   mülki geyimlilərin təhrikçi zorakılığına baxmayaraq 2 saat ərzində şəhərin mərkəzində, Yasamal, Səbail və Nərimanov ərazilərində keçirilən aksiya dinc, qeyri zorakı şəkildə keçirilmişdir. Yüzlərlə  daxili və xarici jurnalistin izlədiyi və onlarla videokamera tərəfində qeydə alınmış aksiyada polisə qarşı hər hansı zorakı müqavimətin göstərilməsi, daş, kəsək, dəyənək və s vasitələrdən istifadə olunması, bina və tikililərə, avtomobillərə  zərərverici hərəkətlər müşahidə olunmur. Habelə aksiya zamanı həbs edilən şəxslərin olduğu yerlərdə ümumiyyətlə hər hansı zorakılıq aktlarının olmadığı görünmədədir.

  İctimai Palata diqqəti ona cəlb edir ki, aksiyadan əvvəlki günlərdə müxalifətçilər və müstəqil media hakimiyyət orqanları tərəfindən aksiya zamanı təxribat hazırlanması barədə məlumatlar dərc olunurdu. Bununla bağlı mitinqə bir neçə gün qalmış, xüsusilə Daxili işlər naziri R. Usubovun razılaşdırılmayan aksiyalarda iştirak etməyin artıq özünün cinayət olması haqqında dövlət TV- da çıxışından sonra KİV- də xüsusi olaraq hakimiyyət orqanlarının təxribat məqsədi ilə dağıntı törədə biləcəkləri barədə xəbardarlıqlar və bununla bağlı maksimum ehtiyatlı və sayıq  olmaq barədə göstərişlər İctimai Palata tərəfindən təkrarlanmışdı və prokurorluq və polis orqanlarından tələb edilmişdi ki, belə təxribatların qarşısı alınsın.

   Buna baxmayaraq, kiçik lokal bir ərazidə və  qısa zaman ərzində bir neçə obyekt və avtomobil şüşələrinin sındırılması halları olmuşdur. Maraqlıdır ki,   200- dən çox aksiya iştirakçısını həbs edən, saxlayan həmin ərazidə minlərlə sayda  polis və əməliyyatçılar həmin şəxslərdən hər hansı birini saxlamamışdır və indi də həbs olunan və saxlananlar içərisində konkret olaraq belə hərəkətə yol vermiş bir nəfər də şəxs yoxdur. Eyni zamanda bu halların baş verdiyi ərazilər başdan başa təhlükəsizlik kameraları ilə təchiz edilmişdir və burda hadisə törədənlərin naməlum qalmaları mümkün deyildir.  İctimai Palatanın təkidli tələblərinə baxmayaraq bu hərəkətlərə  törətmiş şəxslərin kimliyinin müəyyən edilib məsuliyyətə cəlb edilməsi əvəzinə Arif Hacılı və digər tanınmış siyasi xadimlərin həbsi  həmin təxribatın əvvəlcədən bu qurama cinayət işinin başlanması məqsədilə təşkil və təhrik edildiyinin açıq aydın sübutudur.

   İP diqqəti ona cəlb edir ki, hətta bu hərəkətləri miqyasının süni şəkildə şişirdilməsi, hətta elan olunan işin və təqsirkarların çərçivəsi  ilə açıq aydın adekvat olmayan istintaq qrupunun yaradılması, həmin hərəkətlərə aidiyyatı olmayan müxtəlif şəxslərin istintaqa çağırılması, aksiyaya icazə verilməməsinin də təxribat hərəkətlərinin  planlaşdırılmış tərkib hissəsi olduğunu  göstərir.

  İP bəyan edir ki, saxta çevriliş, iğtişaş şouları ilə tarixin gedişini saxlamaq heç vaxt, heç bir iqtidara nəsib olmamışdır. Bu Azərbaycanda da mümkün olmayacaqdır.

  İctimai Palata həbs olunan şəxslərin dərhal azad olunmasını,  təqib və repressiyalardan əl çəkib köklü islahatlara keçmək, korrupsiyaya real olaraq son qoymaq, sosial ədaləti təmin etmək, hüquq və azadlıqları genişləndirməyi tələb edir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: